BANM-ın 700 ballılarının ilk imtahan nəticələri necə oldu?! | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın 700 ballılarının ilk imtahan nəticələri necə oldu?!

11:18 - 13 / 03 / 2018
BANM-ın 700 ballılarının ilk imtahan nəticələri necə oldu?!

Ötən il I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayan ölkə üzrə 7 tələbə Bakı Ali Neft Məktəbini (BANM) seçərək BANM-ın tələbəsi adını qazandılar. Bu tələbələrin BANM-da necə oxuması və ilk imtahanlarının nəticələri hər kəs üçün maraq doğurub. Çünki Ali Məktəbdə təhsil almaq digər universitetlərə nisbətən daha çətindir.

Qeyd edək ki, təhsil sistemi Azərbaycanda olan digər ali təhsil müəssisələrindən fərqlənən BANM-da tələbələr birinci il hazırlıq kursu (“Foundation”) oxuyur ki, burada onlar İKT və İngilis dili üzrə hazırlaşdırılır. Onlar İELTS və İKT üzrə imtahanlarında uğur əldə etdikdən sonra növbəti kursa keçir və öz ixtisasları üzrə fənləri öyrənməyə başlayırlar.

1news.az BANM-a istinadən 700 ballı tələbələrin daim ictimaiyyətin diqqət mərkəzində olduğunu nəzərə alaraq onların ilk göstəriciləri ilə bağlı məlumatı təqdim edir:

  • Məmmədova Jalə - «Kimya mühəndisliyi» ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;
  • Cəbrayılov Vahab - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;
  • Əhmədov Elmir - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 95 bal;
  • Əliyev Qabil - «Kimya mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;
  • Əliyeva Xalidə - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;
  • Əsədzadə Mahirə - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Fənlərdən “A” və “B” alaraq mümkün 100 baldan ortalama 89 bal toplayıb.

BANM-ın 7-ci 700 ballı tələbəsi Əsgərzadə Abdulla isə yüksək dil və İKT biliklərinin sayəsində birbaşa ikinci kursa qəbul olub. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan Abdullanın imtahan göstəriciləri aşağıdakı kimidir:

Azərbaycan tarixi – A (99 bal), Riyaziyyat – A (93bal), Azərbaycan dili və Nitq mədəniyyəti – A (92 bal), Proqramlarşdırma və kompüterin tətbiqi – A (91 bal), Fizika – A (91 bal), İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi – A (96 bal).

1news.az

 

 

 

 

Paylaş:
802

Son xəbərlər

Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00
Bütün xəbərlər