Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilib

15:37 - 16 / 03 / 2018
Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilib

Mərkəzi Bankda korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi Azərbaycan Talassemiya Federasiyasının əməkdaşlarının, həmçinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

1news.az-a Bankdan verilən xəbərə görə, qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirib və 50 nəfərdən çox əməkdaşdan qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər