Ayaq barmaqları ilə rəsm çəkən Samirənin sərgisi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayaq barmaqları ilə rəsm çəkən Samirənin sərgisi - FOTO

17:18 - 16 / 03 / 2018
Ayaq barmaqları ilə rəsm çəkən Samirənin sərgisi - FOTO

Azərbaycan Fransız İnstitutunda fiziki qüsurlu rəssam Samirə Salmanovanın rəsmlərindən ibarət sərgi açılıb.

1news.az xəbər verir ki, Fransa səfirliyinin dəstəyi ilə keçirilən sərgidə Samirənin ayaq barmaqları ilə çəkdiyi rəsmlər sərgilənib.

1981-ci il təvəllüdlü Samirə “uşaq-serebral iflic” diaqnozu ilə anadangəlmə xəstə doğulub. O, yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir şey götürə bilmir, eşitməsi yaxşı olsa da danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq Samirədə fitri istedad vardır. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Heç bir dərs almamasına baxmayaraq o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir. 2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atıb. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalareyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib. Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez onun əsərlərinə heyran olduğunu vurğulayıb. O deyib ki, Samirə çox istedadlı, Azərbaycanda tanınan bir sənətkardır: “Ulu öndər Heydər Əliyev vaxtilə Samirənin işlərini bəyəndiyini bildirib. İndi Samirənin çəkdiyi əsərlərin sayı artıb, o, yeni işlər üzərində çalışır. Bütün əsərlərini  ayaq barmaqları ilə çəkir, bu,  xüsusi bir istedaddır. Layihələrinin ərsəyə gətirilməsində ailəsi ona böyük dəstək olur. Buna görə də Samirənin ailəsinə öz minnətdarlığımı bildirirəm”.

A.Buşez bildirib ki, fiziki qüsurlu istedadlı insanlar bütün dünyada var: “Fransada “Əl ayaq sənətkarları” cəmiyyəti var. Samirə onlarla əməkdaşlıq edə bilər”.

Atası Ramiz Səfərov isə bildirib ki, Samirə doğulduğu gündən əlil olub. "Amma özünü dərk edəndən rəsm çəkməyə meyl edib. İlk dəfə o, ördək və balalarımı çəkib. Sonradan onun çəkdiklərini rəssamlardan birinə göstərdik. Baxıb dedi bu qızda fitri istedad var".

O deyib ki, Samirənin sevinci ilə sevinib, kədəri ilə kədərlənirik: “ 1997-ci ildə ulu öndər Heydər Əliyevin də iştirak etdiyi sərgiyə qatılan Samirənin sənəti böyük uğur qazanıb. Elə bu da onun şöhrət qazanması üçün başlanğıc olub.


Samirə 2002-ci ildə Moskvaya dəvət aldı. O vaxt 12 nəfər Samirə kimi fiziki qüsurlu uşaq dəvət almışdı və bütün bunlar onun uğurlara açılan yolunu müəyyənləşdirir. Hazırda Samirənin yeganə arzusu mexaniki əlil arabası əldə etməkdir”.

Samirənin atası R.Salmanov səfirə göstərdiyi diqqətə görə təşəkkür edib.

Sonra səfir sərgi ilə tanış olub.

P.Sultanova

 

Paylaş:
1029

Son xəbərlər

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14
Bütün xəbərlər