Fəvvarələr meydanında Maykl Ceksonun məşhur hiti işarə dili ilə oxunub – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Fəvvarələr meydanında Maykl Ceksonun məşhur hiti işarə dili ilə oxunub – VİDEO

17:35 - 16 / 03 / 2018
Fəvvarələr meydanında Maykl Ceksonun məşhur hiti işarə dili ilə oxunub – VİDEO

Rəqqasə Renka Black Angel səhnə təxəllüsü ilə tanınan Rəna Ağamuradova yeni layihəsini – eşitmə və danışma qüsuru olanlara dəstək məqsədilə “You are not alone” (Sən yalnız deyilsən) adlı sosial çarxını təqdim edib.

Sosial layihənin iştirakçıları eşitmə və danışma qüsurlu qızlar, eləcə də Deaf Community təşkilatının rəhbəri, eşitmə və danışma qüsuru olan insanları öyrədən və bu sahədə tədbirlər keçirən Nuranə Abiyeva olub.

Həmçinin Nuranə Abiyeva M.Ceksonun “You are not alone” mahnısının işarə dili ilə tərcüməsinin də müəllifidir. Sosial layihə Bakının Fəvvarələr meydanında çəkilib.

“You are not alone” əfsanəvi Maykl Ceksonun ifasında ən sevdiyim mahnılardan biridir. Məhz həmin mahnı eşitmə və danışma qüsuru olanlara dəstək məqsədilə ərsəyə gətirilmiş sosial layihənin əsasını təşkil edir. Sosial çarxla göstərmək və demək istəyirəm ki, onlar yalnız deyil, güc birlikdədir”, - deyə Rəna Ağamuradova qeyd edib.

Qeyd edək ki, sosial çarxın rejissoru Etibar Hüseynlidir.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1150

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər