Həftəsonu Musiqili Teatrda maraqlı tamaşalar olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu Musiqili Teatrda maraqlı tamaşalar olacaq

20:43 - 16 / 03 / 2018
Həftəsonu Musiqili Teatrda maraqlı tamaşalar olacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. 

Qurumun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, bu gün saat 19:00-da “Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər), 17 mart saat 12:00-da “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 18 mart saat 19:00-da “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək. 

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 18 mart saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı) tamaşası ilə gələcək.

Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar –xalq artistləri İlham Namiq Kamal, Əməkdar artistlər, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Nadejda Povelitsina, Aydan Həsənova, Atəş Qarayev, Yuliya Heydərova, Gülnarə Əzizova, Rəsmiyyə Nur, Gülçöhrə Abdullayeva, Firuz Məmmədov, Şaban Cəfərov, Elməddin Dadaşov, Gültac Əlili, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Pərviz Məmmədov, Cəlalə Novruzlu və başqaları iştirak edirlər.

Novruz bayramını xoş ovqatla və yaddaqalan qarşılamaq istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

1news.az

Paylaş:
943

Son xəbərlər

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14
Bütün xəbərlər