İstirahət günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günü üçün hava proqnozu açıqlanıb

1news Redaksiyası13:12 - 17 / 03 / 2018
İstirahət günü üçün hava proqnozu açıqlanıb

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Martın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
283

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər