Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

1news Redaksiyası17:22 - 18 / 03 / 2018
Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, bu haqda şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

 “Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib”, - deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.

S.Xankişiyeva

Paylaş:
1122

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər