İcra başçısının BMW-si ağac altında qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra başçısının BMW-si ağac altında qaldı

16:40 - 25 / 03 / 2018
İcra başçısının BMW-si ağac altında qaldı

Masallıda güclü külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.

Ağacın “BMW” markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.

S.Xankişiyeva

 

 

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər