Bakıda 7 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

14:20 - 27 / 03 / 2018
Bakıda 7 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Polis əməkdaşları 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitəni dövriyyədən çıxarıb. 

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkar edilib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Rəhman Əmirovdan 495 qram həşiş və 0,156 qram heroin götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 100,372 qram, yaşadığı evdən isə 1 kiloqramdan artıq  tiryək aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər