Mübariz Əhmədoğlu: Hakimiyyət ehirası Sarkisyanın yalançı olduğunu sübut etdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Hakimiyyət ehirası Sarkisyanın yalançı olduğunu sübut etdi

09:18 - 27 / 03 / 2018
Mübariz Əhmədoğlu: Hakimiyyət ehirası Sarkisyanın yalançı olduğunu sübut etdi

Ermənistan prezidenti Serj Sarkisyanın “Tert.am” a müsahibəsində özünün konstitusiya islahatlarına başlamazdan öncə verdiyi bəyanatları tamamilə yeni məzmunda təqdim edib.

1news.az xəbər verir ki, bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, 2014-cü il ərzində Sarkisyan bir neçə dəfə bəyan edib ki, heç bir vəzifədə Ermənistanın birinci şəxsi postunda olmayacaq. Onun fikrincə, bir adam ömrü boyu iki dəfədən çox Ermənistanda hakimiyyətin sükanında olmağa iddia etməməlidir.   (http://news.am/rus/news/203670.html)  Amma indi o, Ermənistanda super baş nazirə çevrilir.

Politoloq hesab edir ki, aprelin 9-dan sonrakı Ermənistanın gələcək baş nazirinin səlahiyyətləri heç də indiki prezidentin səlahiyyətlərindən az deyil. Hətta bəzi məsələlərdə daha operativdir: “Eləcə də Ermənistanın monarx baş naziri səhv qərarların  məsuliyyətini istəsə digər adamların da boynuna qoya bilər. Bütün hazırlıqlar Serj Sarkisyanın monarx baş nazir statusunda ölkənin hakimiyyət sükanını 3-cü dəfə əlinə keçirməyə hazırlaşdığını  göstərir. Bunu onun maraqları tələb edir; 10 il ərzində törətdiklərinə görə ağır cəza ala bilərdi”.

M.Əhmədoğlu vurğulayıb ki, Sarkisyanın adıçəkilən müsahibəsində iki məqam diqqətdən kənarda qala bilmir:

ı. S.Sarkisyanın iddiasına görə Ermənistan xarici siyasətdə uğur qazanıb, bu uğur iqtisadiyyata implementasia etməlidir. S.Sarkisyanın prezidentliyi dövründə Ermənistanın xarici siyasətində də heç bir uğuru olmayıb.

S.Sarkisyanın10 illik prezidendliyi dövründə:

ı. Xarici borc 7 milyard dolları ötüb keçməklə tarixi maksimuma çatdı.

ıı. Miqrasiya problemi böyüyərək demoqrafik böhrana çevrildi.

ııı. Ermənistan vətəndaşlarının hakimiyyətə, dövlətçiliyə inamı tarixi minimumdadır.

vı. Ermənistandan kapital axını 25 milyard dollar hüdudlarındadır.

v.Erməni kilsəsi yalan, mənəviyyatsızlıq və kriminallıq yuvasına çevrilib.

Sarkisyan beynəlxalq aləmdə xristian faktorundan uğurla istifadə etməsini, eləcə də beynəlxalq aləmin Dağlıq Qarabağ tənzimlənməsindəki laqeydliyini Ermənistanın uğuru kimi təqdim edir. Ermənistanın xarici siyasətində uğuru olsaydı, bu ilk növbədə özünü ölkənin iqtisadiyyatında göstərərdi. Ermənistanın 7,5 faiz iqtisadi artımı ilə bağlı deyilənlər Sarkisyanın müdaxiləsinin yaratdığı saxtalaşdırmadan başqa bir şey deyil. Ermənistanın iqtisadiyyatı ilə bağlı deyilənlər baş nazir olmağa hazırlaşan Sarkisyanın iqtisadi inkişafla bağlı dedikləri 10 il bundan qabaq baş nazir Sarkisyanın prezidenti olmağa hazırlaşdığı dövrü xatırladır. O zaman S.Sarkisyan bir il ərzində dövlət büdcəsinin rəqəmlərini iki dəfə artırdı, 1 milyard dollardan 2 milyard dollara qaldırdı. Amma sonrakı 10 il ərzində dövlət büdcəsinin rəqəmləri cəmi 1 milyard dollar artdı.

ıı. S.Sarkisyan super baş nazir olması üçün şərt irəli sürdü. O, gənc siyasətçiləri yetişdirməlidir. Guya kimsə bu vaxtadək ona maneçilik edirmiş. Təbii ki, S.Sarkisyan hiyləgərlik, ikiüzlülük edir. S.Sarkisyanın bütün hazırlığı göstərir ki, hətta oğlu olsaydı belə, baş nazir oğluna  da bu qədər səlahiyyətlər verməzdi. S.Sarkisyan uzun müddətə, ən azı 20 il müddətinə Ermənistanı idarə etmək niyyətindədir. Həm A.Merkel presedenti bunu deməyə əsas verir, həm də Sarkisyan avropalılarla əlaqəsinə çox arxayındır. Əmindir ki, onun atdığı bütün addımlar Avropa tərəfindən demokratiya kimi dəyərləndiriləcək. Əgər Avropaya arxayın olmasaydı, Sarkisyan belə rahatlıqla bu addımları ata bilməzdi.

Politoloqa görə, bu məsələnin diqqətçəkən digər tərəfi də ondan ibarətdir ki, Sarkisyan doğrudan da Ermənistanın hakim elitasını özünə yalvarda biləcək. Hakim komandanın, eləcə də hakim partiyanın aparıcı üzvlərinin təkidli xahişləri, yalvarışları nəticəsində Sarkisyan hakim partiya adından baş nazir postuna namizəd irəli sürüləcək və namizədliyi də təsdiqlənəcək.

Bu, sadə mexanizmdir: S.Sarkisyan pay bölgüsü prinsipi əsasında özünün komandasını formalaşdırıb. Sarkisyanın ətrafında olan adamların həm maliyyə, həm də administrativ resurslardan paya malikdirlər. Vəzifədə olan bütün şəxslər bilirlər ki, onlar vəzifə maaşı ilə bərabər müəyyən qədər əlavə maliyyə qazanmaq imkanına malikdirlər. Onlara maaşdan əlavə maliyyənin çatdırılmasının metodu təkcə konvert deyil.  Ailə üzvlərinə müəyyən iqtisadi imkanların yaradılması da belə variantlardan biridir.  Eləcə də pay bölgüsü administrativ-siyasi resursları da əhatə edir. Sarkisyanın ətrafında olan adamların hər birisi bilir ki, onun övladı, qardaşı, bacısı əlavə olaraq müəyyən vəzifələrdə otura bilər. Komanda üzvləri əlində olan maliyyə və administrativ-siyasi resursları itirməmək naminə Sarkisyanı qorumağa, hakimiyyətdə saxlamağa, onun hakimiyyətdə qalması üçün yalvarmağa məhkumdur. Çünki hələ ki, Ermənistanda yaxın üfüqdə ikinci belə şəxs görünmür. Ermənistanda da vəziyyət elədir ki, heç kəs maliyyə və siyasi resurslarını hətta bir aylığa da olsun riskə salmaq istəmir.

M.Əhmədoğlu deyib ki, Serj Sarkisyan hakimiyyət sükanını yenidən əlinə almağa hazırdır: “Qorbaçov seçildikdən iki il sonra QKÇP nəticəsində vəzifəsini itirdi, ölkəsi dağıldı. Sarkisyanın Qorbaçovun taleyini təkrarlaması ehtimalı böyükdür”.

1news.az

Paylaş:
565

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər