Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək

23:32 - 27 / 03 / 2018
Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 11:30-da başlayacaq qəbulda sakinlərə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər gündəmdə olacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Qəbula yazılmaq istəyən vətəndaşlardan aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur:

Qobustan rayonunda               020 2452330

Şamaxı rayonunda                   020 2651307

Ağsu rayonunda                      020 2262875

İsmayıllı  rayonunda                020 2854444

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər