Gömrükçülər külli miqdarda güclü təsir edən maddələr aşkarlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər külli miqdarda güclü təsir edən maddələr aşkarlayıb

17:31 - 28 / 03 / 2018
Gömrükçülər külli miqdarda güclü təsir edən maddələr aşkarlayıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Ankara-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı “X-Ray” aparatı ilə yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa məxsus çamadandakı əşyaların təsvirləri və özünün hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yükün təkrar yoxlanılması nəticəsində isə sellofanlara bükülmüş vəziyyətdə, üzərində “LYRICA Pfızer Pregabalin 300 mg kapsul” sözləri yazılmış 120 konvalyut - cəmi 1680 ədəd kapsul aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
521

Son xəbərlər

Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48
Bütün xəbərlər