Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

21:37 - 28 / 03 / 2018
Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Martın 30-da paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) 1news.az-a bildiriblər ki, 288 nömrəli məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər