Azərbaycanda yaşayan 15 əcnəbi sax­­­lanıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yaşayan 15 əcnəbi sax­­­lanıldı – FOTO

18:04 - 29 / 03 / 2018
Azərbaycanda yaşayan 15 əcnəbi sax­­­lanıldı – FOTO

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

1news.az-ın DMX-yə istinadən verdiyi xəbərə görə, xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 14 nə­fər Hindistan və bir nəfər Banqladeş və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Hindistan vətəndaşlarından altı nəfərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu və səkkiz nəfərin ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq­la­deş vətən­daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar­­şı­lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça­lışdığı məlum olub.

Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən  Rusiya Federasiyasının az­yaş­lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə­lu­­mat­lar dəyişdirilərək A.M.Rahmanın adına sax­ta­laş­dı­rılıb. Əcnəbi hə­min vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yu­subov Tərlan Tofik oğ­lu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha dörd nəfər Hindistan və­tən­da­şı­­nın sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub.

Bu şəxslərdən bəzilərinin Azərbaycana gə­­tirilmələrini, burada yerləşdirilmələrini Azər­bay­canda daimi yaşayan Pakistan İslam Respubli­ka­sı­nın və­tən­da­şı Mu­ham­mad Nasirin təşkil etdiyi və onun müəyyən məb­ləğdə ödəniş qar­şı­lı­ğın­da həmin əcnəbiləri qa­nun­suz yollarla leqal­laş­dı­rmağa çalışdığı aşakar edilib.

Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.

1news.az

Paylaş:
703

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər