Misir bir illik ərəb dili kursu üçün təqaüd proqramı elan edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Misir bir illik ərəb dili kursu üçün təqaüd proqramı elan edib

13:33 - 30 / 03 / 2018
Misir bir illik ərəb dili kursu üçün təqaüd proqramı elan edib

Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi 2018-2019-ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Misir Ali Təhsil Nazirliyinin nəzdində "Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzi"ndə ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edir.

Misirin ölkəmizdəki Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən 1news.az-a verilən məlumata görə,  Misir Ali Təhsil Nazirliyinin nəzdində “Qeyri ərəblər üçün ərəb dili  tədrisi mərkəzi”ndə ərəb dili kursu üçün tələb olunan sənədlər və şərtlər  aşağıdakılardır:

  • Xarici pasport
  • Şəxsiyyət vəsiqəsi

Sənədlər 01 aprel - 01 may 2018-ci il  tarixinə qədər Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə təqdim olunmalıdır.

Maraqlanan şəxslər əlavə məlumat üçün 012 561 12 17 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

1news.az

 

Paylaş:
1255

Son xəbərlər

Bütün xəbərlər