Zorən jurnalist və yaxud Fransa mətbuatı Rahim Namazovu tanıyırmı? | 1news.az | Xəbərlər
Cəmiyyət

Zorən jurnalist və yaxud Fransa mətbuatı Rahim Namazovu tanıyırmı?

22:28 - 30 / 03 / 2018
Zorən jurnalist və yaxud Fransa mətbuatı Rahim Namazovu tanıyırmı?

Xəbər verildiyi kimi, bu gün Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.

1news.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Belə ki, R.Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən “Audi” markalı avtomobildən düşən naməlum şəxs tərəfindən odlu silahdan atəşə tutulub. Hadisə nəticəsində R.Namazovun həyat yoldaşı yerində ölüb, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yerli hüquq-mühaizə orqanları araşdırma aparır.

Məsələnin maraqlı hissəsi isə ondan ibarətdir ki, Fransa mediası R.Namazovu jurnalist kimi qələmə verib. Buna səbəb isə, onun bir neçə il öncə Fransadan jurnalist kimi mühacir kimi status almasıdır. Buna görə də, Fransa mediası bu hadisəni “azərbaycanlı jurnalist güllələndi” başlığı ilə yayımlayıb.

Fransanın bəzi saytları isə bir az da irəli gedərək R.Namazovun Azərbaycan prezidentini tənqid edən tanınmış jurnalist, müxalifətçi olduğunu yazıblar. Görünür ya fransız həmkarlarımız kifayət qədər peşəkar deyillər, ya da qərəzli xəbər yayırlar. Belə olmasaydı İnternetdə kiçik araşdırma aparmaqla R.Namazovun əslində kim olmasını asanlıqla öyrənə bilərdilər.

Burdan belə bir fikrə gəlmək olar ki, Fransa mətbuatı bilərəkdən yanlış məlumat yaymaqla Azərbaycanın dövlət başçısına qarşı qarayaxma kampaniyası aparırlar. Lakin çətin ki, onlar istədiklərinə nail ola bilsinlər. Çünki həqiqət gec-tez ortaya çıxır və necə ki, artıq çıxıb.

Məlumat üçün bildirək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Həmçinin R.Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. O, kriminal aləmdə Opasnı Roma və Rahim Şəkinski kimi də tanınırmış.

O, kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb. Onun təhqir etdiyi şəxslərin yaxınları tərəfindən cəzalandırıldığı ehtimal olunur.

VİDEO 1

VİDEO 2

Diqqət: Videoda qeyri-etik sözlər var! 

Mətbuat Şurasının sədri Əflatun Amaşov Fransada güllələnən Rahim Namazovun jurnalist olmasına dair bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib. 

Şura sədri özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, ölkənin bəzi kütləvi informasiya vasitələrində Rahim Şəkinski olaraq göstərilən Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib:

“Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, R.Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar”.

Jurnalist Elçin Əlioğlu da bu məsələylə toxunub və həmin şəxsin jurnalist olmadığını deyib:

“Fransada Rahim Namazov adlı “siyasi mühacir”ə, “jurnalist”ə sui-qəsd olduğu, ona və həyat yoldaşına atəş açıldığı yazılır. Müxalifət düşərgəsindəki soydaşlarımız bunu geniş müzakirə edirlər. Cənablar və xanımlar! Rahim Tofiq oğlu Namazov heç vaxt jurnalist olmayıb. Bir müddət “Əlillər” qəzetinin vəsiqəsini gəzdirmiş fırıldaqçı dələduz və fəraridir. Sonra Fransaya qaçmışdı, orada sığınacaq almaq üçün kimlərə söymədi, kimləri suçlamadı ki.

Son üç həftədi Lotu Quliyə, yəni Nadir Səlifova “Roma Şəkinski” və “Opasnı Roma” kimi söyürdü. Həddən ağır söyüşlərin yer aldığı videoları da Yutubda yayırdı. Bu adam özünü “lotu” sayırdı. Onun nə siyasi mücahirlərə, nə də jurnalistlərə heç bir aidiyyəti yoxdur”.

1news.az

Paylaş:
1058

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər