Bakıda Fransanın viza mərkəzi açılıb - FOTO

Bu gün Bakıda Fransanın “Capago” yeni Viza Mərkəzinin açılışı olub.
1news.az xəbər verir ki, mərkəz Globus Plazada yerləşir.
Yeni viza mərkəzi viza üçün müraciət edən azərbaycanlıların ərizələrinin toplanması və işlənməsi missiyasına sahibdir. Bu əsas missiyadan başqa, Capago Fransanı təbliğ etmək və səyahət edənlər və Şengen ərazisi arasında mütəmadi əlaqələrin yaradılması üçün də işlər görür.
Mərasimdə çıxış edən Fransa səfirliyinin konsulu Antuan Simene bildirib ki, Capago öz qapılarını ötən ilin noyabrında açıb. Həmin tarixdən bəri mərkəz 3 minə yaxın viza müraciətinə baxıb. Onun sözlərinə görə, sonuncu sorğu istifadəçilərinin 80 faizi onlara göstərilən xidmətdən çox razıdırlar.
2017-ci ildə Fransa, həmçinin Belçika, İspaniya, Lüksemburq, Hollandiya və Portuqaliyadan 15 min viza müraciətinə baxılıb. Bu il müraciətlərin artımını gözləyirik. “Capago” ildə 50 min ərizəçini qarşılamağı nəzərdə tutub.
Capago-nun baş icraçı ditektoru Jan Lük Baqroye deyib ki, viza mərkəzi bütün müraciətçilərə ən yaxşı xidmət göstərmək üçün çalışırlar.
Tədbirdə həmçinin, azərbaycanlı və fransız küçə sənətçilərinin Fransa haqqında öz təxəyyüllərini əks etdirən bu tədbir üçün xüsusi hazırlanmış əsərlər sərgilənib.
Pərvanə Sultanova