Rəhman Hacıyev: “Sosial şəbəkələrin təhlükəsizliyinə nəzarətin effektivliyi artırılmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: “Sosial şəbəkələrin təhlükəsizliyinə nəzarətin effektivliyi artırılmalıdır”

18:00 - 30 / 03 / 2018
Rəhman Hacıyev: “Sosial şəbəkələrin təhlükəsizliyinə nəzarətin effektivliyi artırılmalıdır”

Mən artıq bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm və qeyd etmişəm ki, Azərbaycana qarşı kampaniya aparan insanların yazıları, müraciətləri və videoçəkilişləri möcüzəli şəkildə ermənilərin mitinqləri və digər hərəkətləri ilə sinxron şəkildə keçirilir.

1news.az xəbər verir ki, bunu Bakıda “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə 1news İnformasiya Agentliyinin baş redaktoru Rəhman Hacıyev deyib.

“Brüsseldə Şərq tərəfdaşlığı sammitində olarkən növbəti dəfə belə bir halın şahidi oldum. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sammitin yekun qətnaməsinin qəbul olunmasına mane olan erməni diplomatlarla həlledici mübarizə aparan vaxt soydaşlarımız Avropa İttifaqının xarici siyasət idarəsinin ofisi qarşısında anti-erməni aksiyası keçirirdilər. Bir qədər aralıda isə Orduxan Teymurxanın rəhbərliyi altında kimliyi şübhə doğuran bir qrup şəxs Azərbaycan hakimiyyətinə qarşı aksiya keçirirdilər. Təəccüblü deyil ki, bu aksiya cəmi 15 dəqiqə davam etdi.

Analoji hadisə separatçıların lideri Bako Saakyanın bu ilin martında Vaşinqtona səfəri zamanı da baş verdi. Ermənistan səfirliyinin qarşısında aksiya keçirmək əvəzinə bir qrup maskalı şəxs Azərbaycan səfirliyinin qarşısında mitinq təşkil etdilər. Bu insanlar Azərbaycan dilində bizim hakimiyyətin əleyhinə şüarlar səsləndirirdilər. Ermənilərlə bu hadisələrin sinxron şəkildə baş verdiyini təhlil edərkən bu etirazları kimlərin maliyyələşdirdiyini başa düşmək elə də çətin deyil”.

Lakin bu söyüşlərin və xoşagələməz ifadələrin aysberqin yalnız görünən hissəsi olduğunu deyən Rəhman Hacıyev bildirib ki, Azərbaycandakı sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının qorunması və təhlükəsizliyinin təmin olunması məsələsi də kifayət qədər ciddi məsələdir:

“Dövlət başçısının köməkçisi Əli Həsənov öz çıxışında qeyd etdi ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyonu keçib. Bu olduqca böyük rəqəmdir. Ölkə əhalisinin üçdə bir hissəsi deməkdir. Şəxsi məlumatların qorunması ilə bağlı baş verən qalmaqalları diqqətə aldıqda isə demək olar ki, bu məsələ milli təhlükəsizlik səviyyəsində əhəmiyyət kəsb edir.

Baxın görün ABŞ-da nə baş verdi. “Cambridge Analytica” şirkəti Facebook-dan 50 milyon amerikalı istifadəçinin şəxsi məlumatlarını əldə etdikdən sonra həmin məlumatlar faktiki olaraq onların razılığı olmadan ictimai rəyin prezidentliyə namizəd Donald Trampın xeyrinə dəyişməsində istifadə olundu. Nəticədə isə Tramp sensasiyalı şəkildə qalib gəldi. Bu onu göstərir ki, böyük məlumat kütləsi (big data) indi bütün ölkələrin taleyini müəyyənləşdirmək üçün müəyyən bir amil kimi çıxış edir. Azərbaycanda 3 milyon sosial şəbəkə istifadəçisinin olmasından danışqıda isə bu, bir qədər qorxu yaradır. Bu insanların maraqları, əlaqə vasitələri və digər şəxsi məlumatlarının mənfur əllərə düşməsi nəticəsində ictimai rəyi necə manipulyasiya etmələrini təsəvvür etmək elə də çətin deyil.

Şəxsi məlumatların qorunması yalnız Facebook kimi şirkətlər tərəfindən deyil, həm də dövlət tərəfindən təmin olunmalıdır. Çünki sosial şəbəkələrin rəhbərləri heç də hər zaman bu cür çağırışlara adekvat cavab verməkdə maraqlı deyillər. Facebook məlumatların “Cambridge Analytica” şirkətinə sızmasını bir neçə il əvvəl bilmişdi. Lakin ABŞ-da keçirilən prezident seçkiləri zamanı məlumat sızması ilə bağlı qalmaqalın təkrarlanmasına və aparıcı medianın bundan yazmasına qədər bütün siqnallara əhəmiyyət vermədi.

Buna görə də hesab edirəm ki, sosial şəbəkələr, ümumilikdə isə İnternetə nəzarətin gücləndirilməsinin vaxtı çatıb. Burada söhbət tək Azərbaycandan getmir. Mən hər hansı bir qadağadan və senzuradan danışmıram. Ancaq adi bir həyatda olduğu kimi, məhkəmə qərarı ictimai təhlükəsizliyi təhdid edən və ya qanuna zidd olan məzmunu aradan qaldırmağa imkan verən aydın qaydalara əsaslanmalıdır”.

Dediklərinə misal olaraq Rusiyanın təcrübəsindən danışan Rəhman Hacıyev bildirib ki, məhkəmə qərarları əsasında insanlara təhdid və ya təhlükə yaradan və həmçinin qanun tələblərini pozan resurslara, o cümlədən bloqlara girişə qadağa qoyula bilər:

“Bu gün sosial şəbəkələr demək olar ki, dövlət içində dövlətə çevrilib. Buna görə də müasir dövrün bu fenomeni ilə bağlı lazımi tədbirlər görülməlidir. Qanunvericilik və tənzimləmə normaları texnologiyanın inkişafından geridə qalmamalıdır”.

Babək Cahandarov

Paylaş:
2051

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər