Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

18:45 - 31 / 03 / 2018
Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi martın 31-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

1news.az-a İdarədən bildiriblər ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200-dək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

S.Xankişiyeva

 

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər