Heydər Əliyev Fondu Kemerovoda yanğından zərərçəkənlərə yardım göndərib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Kemerovoda yanğından zərərçəkənlərə yardım göndərib – FOTO

11:13 - 31 / 03 / 2018
Heydər Əliyev Fondu Kemerovoda yanğından zərərçəkənlərə yardım göndərib – FOTO

Heydər Əliyev Fondu Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.

1news.az-a Fonddan verilən xəbərə görə, yardım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Kemerovaya çatdırılıb.

Əsrlər boyu Azərbaycan ilə Rusiyanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayıb. Hər iki xalq həmişə ağır günlərdə bir-birini dəstəkləyib.

Heydər Əliyev Fondu Kemerovodakı faciənin acısını paylaşmaq, həlak olanların ailələrinin kədərini bölüşmək və zərərçəkənlərə dəstək məqsədilə yardım təşəbbüsü ilə çıxış edib. Azərbaycan hökuməti Fondun bu təşəbbüsünü dəstəkləyib.

Martın 30-da yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və bütün Azərbaycan xalqı adından faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib və xalqımızın zərərçəkənlərin yanında olduğu bildirilib.

Fondun əməkdaşları memorial əraziyə gələrək, faciə qurbanlarının xatirəsinə ehtiram olaraq buraya gül dəstələri qoyublar.

Yardımın ailələrə çatdırılması bu gün də davam edəcək.

Xatırladaq ki, martın 25-də Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 60-dan çox insan həlak olub. Ölənlərin əksəriyyəti uşaqlardır.

S.Xankişiyeva

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər