20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

13:17 - 04 / 04 / 2018
20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya töhmət verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub.

Bütün bunları nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.

Həmçinin, məktəb direktoruna aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.

1news.az 

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər