Azərbaycan-Misir elmi əlaqələrinin inkişafı müzakirə edilib

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə “Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda məruzə ilə çıxış edib.
1news.az xəbər verir ki, konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar verib. Mühazirə maraqla dinlənilib və mövzu ətrafında verilən suallara cavab verib.
Konfrans zamanı Azərbaycan dili və ədəbiyyatının tədrisi və öyrənilməsinə diqqətin artırılması, Azərbaycan və Misir alimləri, universitetləri və elmi müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi bildirilib.
1news.az