Vaxtsız vəfat edən Səbinə Mirzəyevanın son – FOTOLARI

Aprelin 3-də, 40 yaşında Azərbaycanın tanınmış mama-ginekoloqu Səbinə Mirzəyeva qəfildən vəfat etdi.
Ölümündən bir gün əvvəl S.Mirzəyeva “Sağlam nəsil naminə hamilələrlə görüş” adlı 300-dən artıq ana olmağı planlayan xanımlar, artıq ana olmağa namizəd olan hamilələr, həmçinin bir və daha artıq övladı olan gənc analar konfransında iştirak edib.
Tədbirdə çəkilən fotolar onun son şəkiləri oldu.
Qeyd edək ki, ilkin ehtimala görə, S.Mirzəyeva beyninə qansızmasından vəfat edib.
Cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva 1978-ci ildə, Bakıda anadan olub.
2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.
2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.
2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib.
17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib.
Allah rəhmət eləsin!
S.Xankişiyeva