Həcc ziyarəti üçün kvota azaldılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həcc ziyarəti üçün kvota azaldılıb

12:22 - 04 / 04 / 2018
Həcc ziyarəti üçün kvota azaldılıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota azaldılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumata görə, əvvəldən kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilir.

Bildirilib ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Sənəd qəbulu mayın 1-dək davam edəcək.

Zəvvarların Həccə uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək.

Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12
Bütün xəbərlər