Məktəbi bitirə bilməyənlər imtahan verəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbi bitirə bilməyənlər imtahan verəcəklər

1news Redaksiyası19:07 - 05 / 04 / 2018
Məktəbi bitirə bilməyənlər imtahan verəcəklər

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 mayda eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhər Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, imtahana qeydiyyat və sənəd qəbulu 5-30 apreldə (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) İdarədə aparılacaq.

“Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar”, - məlumatda bildirilib.

1news.az

Paylaş:
731

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər