Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir

20:51 - 05 / 04 / 2018
Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir.

İdarədən 1news.az-a verilən məlumata görə, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunublar.

Mart ayı ərzində Nizami rayonu üzrə 210, Pirallahı rayonu üzrə 235, Sabunçu rayonu üzrə 78, Suraxanı rayonu üzrə 232 və Xəzər rayonu üzrə 323 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi”, “Səs-küy çirklənməsi” və “Nə edək?“ mövzularında maarifləndirici təqdimatlar keçirilib.

Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsi tədris ilinin sonunadək paytaxtın digər ümumi təhsil məktəblərində davam edəcək.

1news.az

Paylaş:
591

Son xəbərlər

Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15
Bütün xəbərlər