DSX: axtarışda olan 1344 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: axtarışda olan 1344 nəfər saxlanılıb

15:34 - 06 / 04 / 2018
DSX: axtarışda olan 1344 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.

1news.az-ın məlumatına görə, cari ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.

İnterpolun axtarışında olan, həmçinin Azərbaycanın hüquq - mü­hafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanıl­ıb.

Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətən­daşı olub. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan ərazisinə gəlmə və ölkə ərazisindən tran­zit istifadə etməklə Avro­pa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb, gəlişinin məqsədini izah edə bil­məyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxıl­mayıb.

Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntə­qə­lərində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qır­­ğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nə­fər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətən­daşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edil­ib.

“Azərbaycan ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əc­nəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədik­lə­rinə görə 27 nəfər Özbəkistan vətən­da­şı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hin­distan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətən­da­şı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ və­təndaşı, 2 nəfər İraq vətən­da­şı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətən­da­şı, 1 nəfər Konqo vətəndaşı, 1 nə­fər Səu­­diyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya və­təndaşı, 1 nəfər Misir vətən­daşı ölkə ərazisinə buraxılmayıb”- deyə, DSX-dən bildiriblər.

1news.az

Paylaş:
589

Son xəbərlər

Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15
Bütün xəbərlər