Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

20:46 - 06 / 04 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, aprelin 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 431 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 199 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 53  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, lakin Surrada 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2017-ci il aprelin 6-da 418 sm), Şirvanda 293 sm (2017-ci il aprelin 6-da 295 sm), Salyanda 189 sm (2017-ci il aprelin 6-da 214 sm), Bankədə 183 sm (2017-ci il aprelin 6-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 sm (2017-ci il aprelin 6-da 135 sm) təşkil edir. 

1news.az

Paylaş:
186

Son xəbərlər

Bütün xəbərlər