Nardaranda qanunsuz silah saxlayan şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda qanunsuz silah saxlayan şəxslər tutulub

20:56 - 10 / 04 / 2018
Nardaranda qanunsuz silah saxlayan şəxslər tutulub

Nardaran qəsəbə sakinlərindən xeyli sayda silah-sursat götürülüb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.

Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib. Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quyudan 1 ədəd sandıqçasında 20 ədəd patron olan “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

42-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zamanı torpağa basdırılan 1 ədəd “Karabin” markalı yivli tüfəng, 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd F-1 əl qumbarası və alışqanı, 1 ədəd “AK 74” avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla  bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

1news.az

Paylaş:
556

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər