Bakıda bütün parkomatlar ləğv edilir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bütün parkomatlar ləğv edilir – VİDEO

12:40 - 10 / 04 / 2018
Bakıda bütün parkomatlar ləğv edilir – VİDEO

Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb.

1news.az
-ın Xezerxeber.az-a istinadən verdiyi xəbərə görə, bundan sonra ödəniş parkomatlara deyil, parklanma nəzarətçilərinə ediləcək. Yəni ödənişləri nəzarətçilər qəbul edəcəklər. Artıq nəzarətçilər ödənişi qəbul etmək üçün yeni cihazlarla təchiz olunublar.

Artıq yeni sistem paytaxtın bir çox yerlərində işə düşüb. Ancaq sürücülərin əksəriyyəti parkomatların yeni cihazlarla əvəzlənməsi barədə ətraflı məlumata malik deyillər. Sadəcə bildikləri odur ki, ödəniş qiymətlərində heç bir dəyişiklik yoxdur. Həmçinin, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürür və buna görə heç bir güzəşt olunmur.

Burada isə bir sıra suallar yaranır. Əgər sürücü dayanacaqdan maşını çıxartdığı zaman nəzarətçi ərazidə olmasa, o, pulu ödəyə bilməyəcək. Belə olan halda isə sürücüyə cərimə yazıla bilər. Cərimənin məbləğini və parkomatların bundan sonrakı taleyini öyrənmək istəsək də, aidiyyəti rəsmi qurumlardan heç bir məlumat ala bilmədik.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov yeni aparatlar barədə məlumatsız olduğunu bildirdi. Bakı Nəqliyyat Agentliyindən isə dedilər ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdirlər. Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər.

1news.az

Paylaş:
657

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər