Cocuq Mərcanlı sakinləri 26 ildən sonra ilk dəfə doğma kəndlərində səs verirlər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlı sakinləri 26 ildən sonra ilk dəfə doğma kəndlərində səs verirlər – FOTO

14:21 - 11 / 04 / 2018
Cocuq Mərcanlı sakinləri 26 ildən sonra ilk dəfə doğma kəndlərində səs verirlər – FOTO

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 26 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verirlər.

Səsvermə Mərkəzi Seçki Komissiyasının qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində yaradılmış 73 saylı seçki məntəqəsində keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səhər saatlarından Cocuq Mərcanlıdakı klub-icma mərkəzində yerləşən 73 saylı seçki məntəqəsində qələbəlik hökm sürürdü. Kənd sakinləri böyük ruh yüksəkliyi ilə seçki məntəqəsinə gələrək, vətəndaşlıq borclarını yerinə yetirir, istədikləri namizədə səs verirdilər.

Məntəqə seçki komissiyasının sədri Zamin Həziyev bildirib ki, 121 seçicinin qeydə alındığı məntəqədə səsvermənin şəffaf və demokratik keçirilməsi, seçicilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Kənd sakinləri səsvermədə fəal iştirak edirlər.

Kənd sakini Esmira Orucova səsverməyə yüksək əhval-ruhiyyə ilə gəldiyini deyib: “Sevincimizin həddi-hüdudu yoxdur. Uzun illərdən sonra ilk dəfə doğma torpağımızda - Cocuq Mərcanlıda səs veririk”.

Cocuq Mərcanlının digər sakini Şahəddin Hüseynov da söhbətə qoşularaq təəssüratlarını bölüşüb: “Kəndin digər sakinləri kimi mən də seçkidə iştirak etdim. Səsvermənin gedişindən, yaradılan şəraitdən razıyam. Arzu edirəm ki, işğal altında olan bütün torpaqlarımız tezliklə azad edilsin və digər məcburi köçkünlərə də növbəti seçkilərdə öz doğma yurdlarında səs vermək nəsib olsun”.

S.Xankişiyeva

Paylaş:
697

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər