Bakıda 22, rayonlarda 25 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 22, rayonlarda 25 dərəcə isti olacaq

16:13 - 11 / 04 / 2018
Bakıda 22, rayonlarda 25 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb  küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər