Əflatun Amaşov: Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əflatun Amaşov: Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb

16:14 - 12 / 04 / 2018
Əflatun Amaşov: Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb

Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında təbliğat xarakterli 1051 material yayımlanıb:

"Yayımlanan materialların sayı kifayət qədər çoxdur. Mətbuat Şurası tərəfindən əsasən təbliğat xarakterli materialların monitorinqi aparılıb. "Sükut günü"ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib".

Ə.Amaşov qeyd edib ki, prezidentliyi namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb: "Televiziyalarda prezidentliyə namizədlər haqqında əsasən müsbət və bitərəf materiallar işıqlandırılıb. KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər".

MŞ sədri əlavə edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar".

S.Xankişiyeva

 

 

 

Paylaş:
702

Son xəbərlər

Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10Azərbaycanın hərbi qulluqçusu minaya düşübBu gün, 14:02İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14
Bütün xəbərlər