Bakıda Kosta Rikanın "Qayıdış" filmi nümayiş olunacaq

Məlum olduğu kimi, Latın Amerika mədəniyyətini və ənənələrini təşviq etmək üçün Azərbaycanda yerləşən Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın diplomatik nümayəndəliklərinin birgə səyi əsasında, aprelin 16-dan 19-a kimi ilk Latın Amerika Film Festivalı təşkil olunacaq.
1news.az-a Kosta Rikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festival çərçivəsində aprelin 17-də bu ölkənin “Qayıdış” (The Return) filmi təqdim ediləcək.
Maraqlı sujet xəttinə malik olan filmin nümayişi saat 14:00-da Azərbaycan Dillər Universitetində keçiriləcək. Filmdə xaricdə yaşamağı qərara alan Antonio adlı gəncin Kosta Rikaya qayıdışı, qarşılaşdığı çətinliklər, həyata yenidən başlamasından bəhs olunur.
Qeyd edək ki, səslənmə ispan dilində, ingiliscə subtiterlərlə olacaq.
Pərvanə Sultanova