Azərbaycanlı tələbə Çində universitet birincisi olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı tələbə Çində universitet birincisi olub – FOTO

17:14 - 13 / 04 / 2018
Azərbaycanlı tələbə Çində universitet birincisi olub – FOTO

Çinin Renmin Universitetində təhsil alan azərbaycanlı tələbə Fərahim Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdü və ən yüksək mükafatına layiq görülüb.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən tələbə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan həmkarlarını qabaqlayıb.

Fərahim Hüseynzadə Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökumətinin qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) nüfuzlu Renmin Universitetində “Çinin biznes hüququ” ixtisası üzrə magistr pilləsində tam təqaüdlə təhsil alır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti hüquq fakültəsinin ingilis dili bölməsində bakalavr təhsili alan Fərahim Hüseynzadə “Mən Azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu üzrə kuboklar sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi ve universitet liqası üzrə Azərbaycan çempionudur.

S.Xankişiyeva

Paylaş:
1808

Son xəbərlər

Bütün xəbərlər