Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib - FOTO

18:22 - 13 / 04 / 2018
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.

Fonddan 1news.az-a bildiriblər ki, görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın “Dobrovolets Politex” axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən “Nevskiy Pyataçok” memorialında dəfn edilib. Onun üzərində tapılan medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna təqdim olunub.

Tapılan əşyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə gətirilib.

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həyatlarını qurban vermiş azərbaycanlıların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O, həmin müharibədə 300 min övladı həlak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

1news.az

Paylaş:
681

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər