Tarix İnstitutunda dissertasiya müdafiəsi: “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları” | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix İnstitutunda dissertasiya müdafiəsi: “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları”

21:47 - 13 / 04 / 2018
Tarix İnstitutunda dissertasiya müdafiəsi: “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları”

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

1news.az xəbər verir ki, dissertasiya işinin müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Bəxtiyar Əhmədov, elmi rəhbər isə bu müəssisənin direktoru, akademik Yaqub Mahmudovdur.

Akademik Y.Mahmudov qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin iştirakı ilə, soyqırımlarına həsr olunan beynəlxalq konfranslar keçirilir. O deyib: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdikləri soyqırımları ilə bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

Dissertasiya şurasının iclasında bildirilib ki, “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımları” mövzusu ilk dəfə dissertasiya səviyyəsində kompleks tədqiq olunub.

Dissertant B.Əhmədov çıxışında qeyd edib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmələrə məruz qalıb. O deyib: “1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetində İrəvan müsəlmanlarının soyqırımı ilə əlaqədar bir çox materiallar dərc edilib. Qəzetin məlumatlarına görə, Ararat Respublikasının qoşunları İrəvan quberniyasının Yeni Bəyazid qəzasındakı müsəlman kəndlərinə hücum etmişlər. Onların məqsədi türk-müsəlman əhalini həmin ərazidən qovub çıxarmaq olub. 1916-cı ildə Göyçə bölgəsində 50.754 azərbaycanlı yaşayırdısa, 1926-cı ildə bu rəqəm 14.065 nəfərə enib. Yəni on il müddətində bu bölgədə əhali 36.689 nəfər azalıb”.

Xatırladaq ki, Tarix İnstitutunun elmi şurasının qərarına əsasən, “Cümhuriyyət İli” çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində”, “Şəki bölgəsi (1917-1920-ci illər)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” və digər əsərlər çap olunacaq.

1news.az

Paylaş:
879

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər