Sərhəddən daxili orqanında heroin keçirmək istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhəddən daxili orqanında heroin keçirmək istədi

22:39 - 13 / 04 / 2018
Sərhəddən daxili orqanında heroin keçirmək istədi

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib.

Nəticədə, vətəndaşın düz bağırsağında cəmi 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər