Daha bir süpürgəçini maşın vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir süpürgəçini maşın vurdu

18:25 - 15 / 04 / 2018
Daha bir süpürgəçini maşın vurdu

Bu gün saat 15:20 radələrində paytaxtın Atatürk prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə,                                    

Qəza nəticəsində yaşlı qadın dünyasını dəyişib.

Hadisə şahidləri bildirirlər ki, qəzadan sonra qadının üzərindən formasını çıxardaraq gizlədiblər ki, onun süpürgəçi olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin.

Xatırladaq ki, bir neçə gün əvvəl də yaşlı süpürgəçi qadın yol qəzasının qurbanı olub.

S.Xankişiyeva

 

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər