Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir

1news Redaksiyası17:08 - 17 / 04 / 2018
Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir

Aprelin 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, yüngül atletika, güləş, pentatlon, futbol və voleybol üzrə təşkil olunacaq yarışlarda 100-dən artıq hərbi idmançı iştirak edir.

Yarışlar aprelin 21-dək davam edəcək.

1news.az

Paylaş:
506

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər