Səfir: Meksika fransızdilli tələbələrin sayına görə Latın Amerikasında birincidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir: Meksika fransızdilli tələbələrin sayına görə Latın Amerikasında birincidir

09:47 - 17 / 04 / 2018
Səfir: Meksika fransızdilli tələbələrin sayına görə Latın Amerikasında birincidir

Beynəlxalq Frankofoniya Gününü (20 mart) qeyd etmək məqsədilə Azərbaycanda yerləşən müxtəlif səfirliklər tərəfindən aprelin 1-dən 14-nə kimi Bakıda keçirilmiş forumlar çərçivəsində fransız dilinə və fransızdilli ölkələrin mədəniyyətinə həsr olunmuş bir sıra tədbirlər təşkil olunub.

1news.az-a Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bununla əlaqədar aprelin 14-də Landmark otelində Frankofoniya Həftələrinin bağlanış tədbiri keçirilib.

Yuxarıda qeyd olunan tədbirdə Meksika səfirliyi dekorativ əşya və oyuncaqlar, musiqi aləti olan marakas və sombrero kimi ənənəvi əşyalarla bəzədilmiş stend təqdim edib. Bundan başqa, kiçik bir qastronomiya nümunəsi də təqdim edilib və tədbirin qonaqları Meksika mətbəxinin dadına baxa biliblər.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxışında fransız mədəniyyətinin Meksika ictimayyətinin memarlıq, mətbəx mədəniyyəti, dəbdəbə və əlbəttə ki, Fransız dilinin istifadəsi və ədəbiyyatı kimi sahələrində özünü əks etdirdiyini deyib. Həmçinin, vurğulayıb ki, fransız dili tələbələrinin sayına görə Meksika Latın Amerikasında birinci yeri tutur, məhz buna görə ölkə Beynəlxalq Frankofoniya Təşkilatının müşahidəçi dövləti sayılır.

Qeyd etmək lazımdır ki, Meksika Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) müşahidəçi ölkəsidir və bu il ikinci dəfədir ki, səfirlik Beynəlxalq Frankofoniya Həftələrində iştirak edir. Səfirlik bu dəfə Fransa-Meksika birgə istehsalı olan "Qeyri-adi naqqa balığı" filmini aprelin 5-də Landmark otelində nümayiş etdirib. Filmdəki sevgi, dostluq və xəstəliyin yalnız pasientə deyil, onun ailəsinə və bütün cəmiyyətə təsir göstərdiyini ifadə etməklə publika tərəfindən müsbət qarşılanıb.

P.Sultanova

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər