Goranboyda F-1 əl qumbarası aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda F-1 əl qumbarası aşkarlanıb - FOTO

1news Redaksiyası21:57 - 17 / 04 / 2018
Goranboyda F-1 əl qumbarası aşkarlanıb - FOTO

Aprelin 17-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndində bir əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Yanvarın 1–dən aprelin 17-dək ANAMA tərəfindən 3445 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 60 min 715 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
560

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər