Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Milli Onkologiya Mərkəzində olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Milli Onkologiya Mərkəzində olub – FOTO

09:36 - 20 / 04 / 2018
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Milli Onkologiya Mərkəzində olub – FOTO

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukio Amano Azərbaycana səfəri çərçivəsində aprelin 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, BAEA-nın, həmçinin ölkəmizin Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev Y.Amanoya MOM-u ziyarətinə və elmi-texniki əməkdaşlıq sahəsində intensiv əməkdaşlığı dəstəklədiyinə görə təşəkkürünü bildirib. Akademik C.Əliyev Milli Onkologiya Mərkəzində reallaşdıran əməliyyatlardan, elmi-tədqiqat işlərinin xüsusiyyətlərindən söz açıb, burada baş vermiş mühüm dəyişikliklərdən, mütəxəssislərin peşəkar səviyyəsindən, ultramüasir avadanlıqların iş prinsiplərindən danışıb.

Akademik bu gün Milli Onkologiya Mərkəzinin möhtəşəm bir layihə kimi yüksək səviyyəyə gəlib çatmasında, səmərəli fəaliyyətində danılmaz xidmətləri olan dövlətimizin başçısı İlham Əliyevin daimi qayğısı və diqqətini xüsusi vurğulayıb. Cəmil Əliyev daimi dəstəyə və əməkdaşlığa görə Yukio Amanoya, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə bir daha minnətdarlığını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano səmimi görüş üçün akademik Cəmil Əliyevə təşəkkürünü bildirib və Milli Onkologiya Mərkəzinin bu cür yüksək səviyyəli fəaliyyətinə və müasir elmi-təcrübi göstəricilərinə görə təbrik edib. Qonaq əhaliyə onkoloji xəstəliklər zamanı yardımın strukturu, nüvə təhlükəsizliyi məsələləri, onkoloji, tibbi və nüvə fizikası sahəsində ixtisaslaşma ilə maraqlanıb. BAEA-nın baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzi kimi yüksək səviyyədə təchiz edilmiş elmi strukturlara hətta Avropa miqyasında da nadir hallarda təsadüf edilir və MOM qonşu dövlətlərin onkoloji xəstələrinə belə yüksəkkeyfiyyətli yardım göstərmək iqtidarındadır. Y.Amano Milli Onkologiya Mərkəzi ilə gələcəkdə də sıx şəkildə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Qonaqlar Mərkəzin radioterapiya şöbəsinin işi ilə tanış olub, Nüvə Təbabəti Mərkəzinə gedib, PET-KT bölümünün və radioaktiv tibbi məhsullar hazırlayan Tsiklotron reaktorunun işi ilə tanış olublar.

Görüşün sonunda Yukio Amano Milli Onkologiya Mərkəzinin muzeyində olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

S.Xankişiyeva

 

Paylaş:
553

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOBu gün, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01
Bütün xəbərlər