Göygöldə qar uçqunu altında qalan 5 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə qar uçqunu altında qalan 5 nəfər xilas edilib

20:31 - 23 / 04 / 2018
Göygöldə qar uçqunu altında qalan 5 nəfər xilas edilib

Göygöl rayonunda qar uçqunu altında qalan 5 nəfər xilas edilib.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 21-də saat 17:00 radələrində “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov “UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.

Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə təcili rayonun və müvafiq qurumların rəhbərliyinə məlumat verib. Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə vaxt itirmədən həmin istiqamətə yollanıb. Hava şaxtalı və çovğun olduğundan ucqar dağ kəndinə gedən sıldırım qayaların əhatəsindəki yolda “Niva” və digər yolsuzluq avtomobillərinin də hərəkətində çətinlik yaranıb.

Texnika üçün yaxınlıqdakı hərbi hissəyə müraciət olunub. Tezliklə hərbi nəqliyyat vasitəsinin köməkliyi ilə onlar Bənd adlanan əraziyə çatıblar.

Polis əməkdaşları qar uçqununun altında qalan, zərbə nəticəsində şüşələri sınmış halda olan həmin avtomobildə köməksiz vəziyyətdə qalmış Daşkəsən rayon sakini Asif Bayramovu, sərnişinləri - Tülallar kənd sakini Fuad Məmmədovu, Daşkəsən rayon sakini Xaliq İsmayılovu, Gəncə şəhər sakini Xəqani Quliyevi və Goranboy rayon sakini Mikayıl Abdullayevi xilas ediblər, onlara ilkin tibbi yardım göstərilib.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.

1news.az

Paylaş:
381

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər