PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə ekoloji aksiya keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə ekoloji aksiya keçirib - FOTO

11:45 - 24 / 04 / 2018
PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə ekoloji aksiya keçirib - FOTO

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə “Yaşıl Bakı” əmlak sığortası məhsulunun Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib.

Paytaxtın Şıxov qəsəbəsində baş tutmuş ekoloji tədbirdə PAŞA Sığorta şirkətinin bir qrup könüllü əməkdaşı, həmçinin “Yaşıl Bakı” sığortasını əldə etmiş müştərilərin iştirakı ilə 200-dən çox ağac əkilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova şirkətin öz missiyasının tərkib hissəsi olaraq sosial məsuliyyət öhdəliklərini bütünlüklə qəbul etdiyini və davamlı şəkildə bu istiqamətdə işlər apardığını bildirib:

“PAŞA Sığorta olaraq öz fəaliyyətimiz çərçivəsində müxtəlif miqyaslı KSM layihələri reallaşdırırıq. Ekoloji rifahın yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslər bu layihələr sırasında xüsusi yer tutur. “Yaşıl Bakı” əmlak sığortası məhsulu şəhərimizin yaşıllaşdırılmasına töhfə verən unikal bir sığorta məhsuludur. Bu sığortanı əldə etməklə müştərilər həm əmlaklarını sığortalaya, həm də doğma şəhərimizə ağac hədiyyə edə bilərlər. PAŞA Sığorta olaraq gələcəkdə də bu cür tədbirləri davamlı təşkil edəcəyik və müştərilərimizi, tərəfdaşlarımızı bu cür təşəbbüslərdə yanımızda görməyə hər zaman şadıq”.

Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. Çinar, Cökə və Zeytun paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun sığorta paketi seçimi etməyə imkan verir. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birindən təminat şərtlərinə görə fərqlənir.

Bununla yanaşı, “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən paketlərin adına və sayına uyğun olaraq paytaxtın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.

"Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsə müxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır.

“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə PAŞA Sığortanın rəsmi saytında yaxından tanış ola bilərsiniz: https://bit.ly/2zIeDmk

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Reklam hüququnda

Paylaş:
763

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər