Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək

14:10 - 25 / 04 / 2018
Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

S.Xankişiyeva

 

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər