Müəllimlərin işə qəbul qaydası dəyişir | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbul qaydası dəyişir

1news Redaksiyası12:04 - 26 / 04 / 2018
Müəllimlərin işə qəbul qaydası dəyişir

Bu il müəllimlərin və direktorların işə qəbulu qaydalarına dəyişikliklər ediləcək.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, bunu Nazirliyin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır:

“Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək”.

E.Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub:

“Direktorların işə qəbulu qaydalarında dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil”.

S.Xankişiyeva

 

Paylaş:
727

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər