Gənclər “Onu sən yaşat” aksiyasına başladı – FOTO

Gənclər ağır xəstəlikdən əziyyət çəkən Tural Hacıyev üçün xeyriyyə aksiyasına start verib.
1news.az-ın məlumatına görə, “Onu sən yaşat” adlı aksiya bir qrup gənc tərəfindən yaradılmış, köməyə ehtiyacı olan insanlarla xeyirxah insanların birgə platforması olan xeyirxah.com saytı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən başlanıb. Aksiya çərçivəsində müxtəlif işlərin görülməsi nəzərdə tutulub.
Aksiya çərçivəsində keçirilən estafet kampaniyasına tələbə və gənclərlə yanaşı bir çox məşhur simalar da qatılıb. Belə ki, onlar estafeti qəbul edir, digər məşhurlara ötürərək İnstagram hesablarında paylaşırlar.
Aksiya təşkilatçıları və Turalın yaxınları xeyirxah insanlardan, o cümlədən, media nüməyəndələri və imkanlı şəxslərdən kömək istəyir.
Xeyriyyə aksiyası ilə bağlı bütün məlumatları www.xeyirxah.com saytından əldə edə bilərsiniz.
Turala yardım etmək istəyənlər üçün bank hesabı nömrəsini qeyd edirik:
Bank Respublikada hesab nömrəsi: 380194400160668401
Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE № 08511526
“Milli ÖN” və “E-Manat” ödəmə nöqtələrindən ianə etmək mümkündür.
1news.az