Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir? – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir? – VİDEO

16:39 - 30 / 04 / 2018
Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir? – VİDEO

Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.

1news.az-ın məlumatına görə, Agentlik bu məqsədlə daha bir maarifləndirici sosial çarx hazırlayıb.

“Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?” mövzusunda sosial çarx yayımlayan Agentlik bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.

Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.

 

1news.az

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər