Bakının bu küçəsində hərəkət yenidən məhdudlaşdırılır – XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu küçəsində hərəkət yenidən məhdudlaşdırılır – XƏRİTƏ

1news Redaksiyası14:26 - 01 / 05 / 2018
Bakının bu küçəsində hərəkət yenidən məhdudlaşdırılır – XƏRİTƏ

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 1 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

1news.az

Paylaş:
614

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər